Bakı İrəvanla savaşa hazırlaşır, Rusiya isə Ermənistana qırıcılar yollayır

6-06-2017, 00:14           
Bakı İrəvanla savaşa hazırlaşır, Rusiya isə Ermənistana qırıcılar yollayır
Rusiya Ermənistandakı Erebuni hərbi bazasına “MiQ-29” təyyarələri göndərəcək.
APA-nın məlumatına görə, bu barədə “Voennoye obozreniye” nəşri yazıb. Bildirilir ki, Rusiyanın Kurskda yerləşən Qərb Hərbi Dairəsinin 14-cü alayına məxsus Xalino aerodromuna çoxtəyinatlı “Su-30SM” qırıcı təyyarələri gətiriləcək. Qəzet yazır ki, hazırda alayda olan “MiQ-29” təyyarələrinin yeni təyyarələrlə əvəzlənməsi prosesi aparılır: “Alayda 6 ədəd “Su-30CM” olmaqla, ümumilikdə 12 təyyarə olacaq. Alayın yeni texnika ilə təmin olunması nəticəsində çox da böyük yaşı olmayan “MiQ-29″lar hansısa digər aviasiya polkuna göndəriləcək. Bu, ehtimal ki, Ermənistandakı Erebuni hərbi bazası olacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru