JPost: “Əl-Aksa” məscidinin girişindəki metal detektorlar götürüləcək

25-07-2017, 06:02           
JPost: “Əl-Aksa” məscidinin girişindəki metal detektorlar götürüləcək
üdsdə “Əl-Aksa” məscidinin girişindəki metal detektorlar götürüləcək.

APA-nın xəbərinə görə, bu barədə “The Jerusalem Post” qəzeti yazıb.

Məlumata görə, müvafiq qərar İsrail Təhlükəsizlik Kabineti tərəfindən qəbul olunub. Metal detektorları nəzarət kameraları əvəzləyəcək. Bununla əlaqədar İsrail polisi və təhlükəsizlik tədbirləri ilə məşğul olan şirkətlər arasında danışıqlar aparılıb.

Qeyd edək ki, iyulun 14-də Qüdsdə “Əl-Aksa” məscidi yaxınlığında fələstinli gənc İsrail polislərinə hücum edib. Nəticədə 2 polis ölüb, daha 1-i yaralanıb. Bundan sonra İsrail hökuməti “Əl-Aksa” məscidinə girişdə yeni təhlükəsizlik qaydaları tətbiq edib. Bu, fələstinlilərin kütləvi etirazı ilə qarşılanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru