Rusiyanın YPG ilə gizli bazası ortaya çıxdı

25-07-2017, 16:44           
Rusiyanın YPG ilə gizli bazası ortaya çıxdı
Suriyanın şərqində Rusiya, YPG və Suriya rejiminin birgə fəaliyyət göstərdiyi əməliyyat mərkəzi qurulub.

Axar.az xəbər verir ki, bu barədə “İndependent” qəzetinin müxbiri Robert Fisk məlumat yayıb.

Fiskin sözlərinə görə, Rusiya bu ərazidə kürdlərlə gizli əməkdaşlıq edir. Yevgeni adlı bir rus polkovnikin YPG ilə apardığı görüşlər nəticəsində ərazidə gizli mərkəz yaradılıb.

“Onlarla(ruslarla) hər gün danışırıq. Afrin bölgəsində başqa bir ortaq mərkəzimiz də var. Bir yerdə döyüşən tək bir güc yaratmağa məcburuq”, - Fiskə məlumat verən 24 yaşlı YPG üzvü deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru