“Turan” agentliyində yoxlama davam edir - Mehman Əliyevdən açıqlama

22-08-2017, 15:46           
“Turan” agentliyində yoxlama davam edir - Mehman Əliyevdən açıqlama
Xəbər verildiyi kimi, Vergilər Nazirliyi "Turan” agentliyini vergidən yayınmaqda ittiham edir. Bununla bağlı avqustun 7-də cinayət işi qaldırılıb. Ertəsi gün agentliyin fəaliyyətinə dair kameral vergi yoxlaması başlayıb.

Vergi nümayəndələri 2014-2016-cı illərdə 37 min manat məbləğində vergidən yayınmanın olduğunu bildirir. Lakin agentlik bunu qəti şəkildə inkar edir, cinayət işini qanunsuz və sifarişli hesab edir.

"Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev Modern.az-a açıqlamasında istintaqın davam etdiyini bildirib:

"Hələki vergi orqanları sənədlərlə tanış olur. Sentyabrın 29-na qədər bununla bağlı qərar verilməlidir. Ancaq qərarın tez və ya gec çıxarılması ilə bağlı məlumatım yoxdur.

Düzdür, biz vergi orqanının bu hərəkətləri ilə razı deyilik. Bu səbəbdən onları məhkəməyə vermişik. Bu məsələdə ciddi qanun pozuntusu var və ona görə mütləq məhkəmədə qarşılıqlı görüşməliyik. Lakin məhkəmənin vaxtı hələki təyin olunmayıb. Məhkəmə 15 gün ərzində təyin edilməlidir. Amma düşünürəm ki, bu, sentyabrın axırına mümkün olacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru