AŞPA məruzəçiləri Fuad Qəhrəmanlı ilə görüşdü –Cəzaçəkmə müəssisəsində

18-09-2017, 09:59           
AŞPA məruzəçiləri Fuad Qəhrəmanlı ilə görüşdü –Cəzaçəkmə müəssisəsində
Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəiləri Stefan Şennak və Sezar Florin sentyabrın 16-da ​10 saylı cәzaçәkmә müəssisəsində AXCP sədrinin müavini, vicdan mәhbusu Fuad Qəhrəmanlı ilə görüşüblər.

teref.az azadliq.info-ya istinadla xəbər verir ki, məruzəçilər Fuad Qəhrəmanlının saxlanma şəraiti ilə maraqlanıb. F.Qәhrәmanlı saxlanma şəraitində problem olmadığını deyib.

Daha sonra onlar ölkədəki ümumi vəziyyət, siyasi durum və siyasi məhbuslarla bağlı fikir mübadiləsi aparıblar.

Şennak Azərbaycanda siayasi məhbus probleminin tezliklә həll ediləcəyinə ümidini ifadә edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru