Millət vəkilindən jurnalistlərə: "Üslubunuzu dəyişin... Bu cür informasiya yaymaqdan çəkinin" - İSMARIC

26-10-2017, 09:05           
Millət vəkilindən jurnalistlərə: "Üslubunuzu dəyişin... Bu cür informasiya yaymaqdan çəkinin" - İSMARIC
Ötən gün mənə sual verdilər ki, son iclaslarda xalq artisti Zeynəb Xanlarova iştirak etmir, onun məsələsinə İntizam Komisiyyasında baxıla bilərmi? Milli Məclisin İntizam Komissiyasının üzvü kimi cavablandırdım ki, ola bilsin ki, Zeynəb xanım üzrlü səbəbdən xəstəliyinə görə bir neçə iclasda iştirak etmir, buna görə hansısa intizam məsuliyyətindən söhbət gedə bilməz. İntizam məsuliyyəti deputat üçün 30-dan artıq iclasda üzrlü səbəbdən ardıcıl olaraq iştirak etmədikdə yaranır.
Muxalifet.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa mediada sözlərinin təhrif olunmasına münasibətində qeyd edib. O bildirib ki, belə bir açıqlama verdiyi halda “İntizam Komisiyası Zeynəb Xanlarovanı cəzalandıra bilər” tipli başlıqla xəbər yayılması yolverilməzdir:
“Belə bir ucuz sensasiya ilə yaşlı bir insanı, Azərbaycanın tanınmış və dünya şöhrətli sənət adamını narahat etməyə dəyərmi? Axı jurnalist soruşub, mən də məsələ ilə bağlı hüquqi şərh vermişəm, bu maddənin Zeynəb xanıma qətiyyən aid olmadığını açıqca söyləmişəm, nədən belə bir üslub seçirlər, anlamaq olmur?”
Millət vəkili sonda jurnalistləri bu formada informasiya yaymaqdan çəkinməyə çağırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.