BMT-nin baş nüvə müfəttişi Tehrana gedir

26-10-2017, 10:26           
BMT-nin baş nüvə müfəttişi Tehrana gedir
BMT-nin baş nüvə müfəttişi Yukiya Amano bu həftəsonu Tehrana gedəcək, İran rəsmiləri ilə 2015-ci il nüvə sazişinin necə yerinə yetirildiyini müzakirə edəcək.

Xəbəri oktyabrın 25-də Beynəlxalq Atom Enerjisi Agentliyi yayıb.

Oktyabrın 29-da keçiriləcək görüşlərdə agentliyin İranın nüvə fəaliyyətinə məhdudiyyətlərə əməl etdiyini təsdiqləmək işi də müzakirə olunacaq.

Nüvə sazişi İranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.

İranın dövlət agentlikləri yazıb ki, Amano vitse-prezident, İranın nüvə fəaliyyətinə nəzarət edən Ali Akbar Salehi ilə də görüşəcək.

ABŞ prezidenti Donald Trump nüvə sazişinin şərtlərini sərtləşdirməyə çalışır. Amano isə bildirir ki, Tehran dünyada ən sərt nüvə təftişi rejiminə məruz qalır və indiyədək müfəttişlər işlərinə heç bir əngəllə üzləşməyiblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.