Bəşər Əsəd: “Suriya Konstitusiyasına dəyişikliklər edilə bilər”

27-10-2017, 08:13           
Bəşər Əsəd: “Suriya Konstitusiyasına dəyişikliklər edilə bilər”
Suriya ordusu və müttəfiqlərin terrorçularla mübarizədəki uğurları ölkədə vəziyyətin nizamlanmasına yönələn siyasi səylər üçün tədricən zəmin yaradır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Suriya prezidenti Bəşər Əsəd deyib.

Onun sözlərinə görə, rəsmi Dəməşq Milli Dialoq Konqresi vasitəsilə ümummilli barışıq və dialoqa yönəlmiş siyasi səyləri dəstəkləməyə hazırdır. Bəşər Əsəd bu kontekstdə hətta Suriya Konstitusiyasına dəyişikliklərin edilməsini və yeni parlament seçkilərinin keçirilməsini istisna etməyib.

Bəşər Əsəd 2016-cı ildə bəyan etmişdi ki, ölkədə keçid mərhələsi yalnız hazırkı Konstitusiyanın əsasında həyata keçirilməlidir.

Qeyd edək ki, Suriyadakı xalqların konqresini keçirmək ideyasını ilk dəfə Rusiya prezidenti Vladimir Putin irəli sürüb: “Müzakirələrə ölkənin bütün etnik və dini qrupları, hökumət və müxalifət cəlb edilməlidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.