Hikmət Cavadov Ukraynadan deportasiya oluna bilər – Bu çıxışına görə+ Video

8-11-2017, 09:33           

Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov bu gün Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvilinin tərəfdarlarının Kiyevdə təşkil etdiyi mitinqdə çıxış edib.
Hikmət Cavadov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, onu mitinqdəki çıxışına görə Ukraynadan deportasiya etmək istəyirlər.
“14 ildir Ukraynada yaşayıram. Biz Maydanda çıxış etmişik. İnanın ki, Yanukoviçin zamanında belə izləmələr olmayıb. Biz Mixail Saakaşvilinin necə lider olduğunu bilirik. Onun Gürcüstanda nələr etdiyinin, ölkəni necə inkişaf etdirdiyinin, korrupsiyanı aradan qaldırdığının şahidi olmuşuq. Biz onu bu əməllərinə görə dəstəkləyirik.Ukrayna Milli Təhlükəsizlik Xidməti Miqrasiya Xidməti və digər dövlət qurumlarına sorğu göndərərək bizim də gürcü qardaşlarımız kimi deportasiya olunmağımızı tələb edib. Sabah biz bununla bağlı mətbuat konfransı keçirəcəyik”, – deyə diaspor sədri mitinqdə bildirib.
[media=https://www.youtube.com/watch?v=3LPRE8gDZ8A]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru