Rusiya yeni strateji atom sualtı gəmisi yaradır – Generallar detalları açıqladı

8-11-2017, 10:29           
Rusiya yeni strateji atom sualtı gəmisi yaradır – Generallar detalları açıqladı
Rusiyada yeni strateji atom sualtı gəmisinin yaradılmasına başlanılıb.

Bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Müdafiə Nazirliyində keçirilən kollegiya iclasında bildirib.

“Göstəriciləri yaxşılaşdırılmış “Borey-B” atom sualtı kreyserinin yaradılmasına başlanıb. “Borey” tipli sualtı gəmilər artıq strateji nüvə qüvvələrinin tərkibinə daxil olmağa başlayıb. Bu, müasir strateji sualtı qayıqların payını 82 faizə qaldırmağa icazə verir. Bu submarinlər üçün beş il ərzində 102 ballistik raket əldə olunub”, – deyə V. Gerasimov qeyd edib.

Baş Qəraragah rəisi strateji tapşrıqları yerinə yetirən raketli sualtı qayıq qruplaşmalarının döyüş imkanının 25 faiz artdığını söyləyib: “Bundan başqa, dəniz strateji nüvə qüvvələrinin gizliliyi və döyüş davamlılığı da artıb”.

Gerasimov “Borey-A” tipli beş nüvə sualtı qayığının hazırda inşa mərhələsində olduğunu da xatırladıb/APA.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru