İraq Kürdüstanı borcunu Rusiyadan aldığı pulla ödəyib

8-11-2017, 10:31           
İraq Kürdüstanı borcunu Rusiyadan aldığı pulla ödəyib
İraq Kürdüstanı hakimiyyəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) «Dana Gas» müəssisəsinə olan borcunu «Rosneft»-dən aldığı 1,0 milyard dolların hesabına ödəyib. Bu barədə muxtariyyət parlamentinin maliyyə və iqtisadi məsələlər üzrə komitəsinin sədri İzzat Saber bəyan edib.

Bu məbləğ Rusiyanın «Rosneft» şirkətindən alınmış avans olub.

Bundan əvvəl karbohidrogenlərlə zəngin olan İraqın bu bölgəsi (Kürd muxtariyyəti hökuməti) neft alqı-satqısı üzrə «Rosneft»lə 3,0 milyard dollarlıq kontrakt imzalayıb.

Bölgədə keçirilmiş birtərəfli müstəqillik referendumundan sonra İraq hökuməti Kərkük bölgəsindəki neft-qaz yataqları üzərində nəzarəti bərpa etdiyindən dolayı, Ərbil artıq Rusiya şirkəti ilə bağlamış olduğu müqavilənin şərtlərini yerinə yetirmək gücündə olmadığını bildirib.

Kürd muxtariyyəti hakimiyyəti bu müqaviləni tam halında icra edə bilməsi üçün «Rosneft»ə müraciət edib və onu İraq hökuməti ilə danışıqlar aparmağa çağırıb.

Sözügedən müqaviləyə görə, Ərbil Kürdüstan muxtariyyətinin neft ixracı həcminin 60-70 faizini dünya bazarı qiymətlərindən ucuz qiymətə «Rosneft»ə satmalı idi. Bu həcmin böyük hissəsini muxtariyyətin ərazisinə daxil olmayan Kərkük nefti təşkil edirdi. İndi Kərkük əyaləti İraq mərkəzi hökumətinin nəzarəti altına alınıb və bu səbəbdən də kürd muxtariyyətinin neft ixracı həcmi əhəmiyyətli dərəcədə azalıb.
AzPolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.