Kiyev Rusiya diplomatlarını ölkədən çıxarır – Qanun

8-11-2017, 12:24           

Ukrayna Ali Radasında "Donbasın reinteqrasiyası haqqında" qanunun müzakirəsi noyabrın 16-da keçiriləcək, ancaq qanun Prezident Pyotr Poroşenkonun müvafiq fərmanından sonra qüvvəyə minəcək.

Axar.az xəbər verir ki, bu barədə “Kommersant” informasiya yayıb.

Parlament üzvlərinin əksər hissəsinin "Donbasın reinteqrasiyası haqqında" qanunu dəstəklədiyi bildirilib. Qanun səs çoxluğu ilə qəbul ediləcəyi və Poroşenko müvafiq sərəncam imzalayacağı halda isə Ukraynada olan Rusiya diplomatik qurumları, o cümlədən Rusiya Federasiyasının ərazisində olan Ukraynanın əlaqədar strukturları bağlanacaq.

Qeyd edək ki, qanun layihəsi qəbul olunacağı halda bundan sonra Ukraynanın Rusiyadakı maraqlarını Belarus və ya İsveçrənin qoruyacağı ehtimal olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.