OPEC Azərbaycanda neft hasilatı ilə bağlı proqnoz verdi

9-11-2017, 22:39           
OPEC Azərbaycanda neft hasilatı ilə bağlı proqnoz verdi
OPEK Azərbaycanda 2040-cı ilədək neft hasilatının stabil olaraq sutkada 0,7-0,8 milyon barrel səviyyəsində qalacağını proqnozlaşdırır.
Gununsesi.info xəbər verir ki, bu barədə təşkilatın “World Oil Outlook 2040” adlı hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, 2022-ci ilə kimi Azərbaycanda neft və kondensat hasilatı hazırda qeydə alınan sutkada 0,8 milyon barreldən 0,7 milyon barrelədək azalacaq. 2017-ci ildə hasilat 0,8 milyon barrel, 2018-ci ildə 0,7 milyon barrel, 2019-cu ildə 0,7 milyon barrel, 2020-ci ildə 0,8 milyon barrel, 2021 və 2022-ci illərdə isə yenidən 0,7 milyon barrel təşkil edəcək.
“Bu, yeni iri layihələrin olmaması ilə və “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda hasilatın azalması ilə bağlıdır. Təkcə “Şahdəniz” yatağında 2018-ci ildə yeni mərhələni işə salmaq planlaşdırılır ki, bu da ümumi hasilata sutkada 65 min barrel əlavə edəcək”.
OPEK-in qənaətincə, bu vəziyyət uzunmüddətli perspektivdə də saxlanılacaq. 2025-2040-cı illərdə Azərbaycanda hasilatın 0,7 milyon barrel səviyyəsində olacağı proqnozlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru