Moskva MOSSAD-ın İran əməliyyatını deşifrə etdi

28-11-2017, 12:17           
Moskva MOSSAD-ın İran əməliyyatını deşifrə etdi
Moskva Tehrana məxfi məlumatlar verərək, MOSSAD-ın İrandakı əməliyyatlarına mane olub.

Axar.az xəbər verir ki, bu barədə məlumat İsrail yazarı Horvard Blamın tezliklə satışa çıxarılacaq “Düşmən Evində” kitabında yer alıb. Kitabda olan məlumata əsasən, amerikalı keçmiş kəşfiyyatçı Edvard Snouden əldə etdiyi məlumatları jurnalistlərlə paylaşmayıb:

“Rusiya və İran kəşfiyyatlarındakı mənbələr əmindirlər ki, Snouden ələ keçirdiyi bütün məxfi sənədləri həmçinin Rusiyaya da veriblər. Hakerin ələ keçirdiyi sənədlər sırasında İsrail xüsusi xidmət orqanlarının İran ərazisində keçirdiyi əməliyyatlara aid sənədlər də yer alıb. Moskva bu sənədləri Tehrana verib, o da öz növbəsində strategiyasını dəyişib. Bu isə İsrailin Tehranda əməliyyatlar keçirməsinə böyük çətinliklər yaratdı və onlar dayandırıldı”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru