ABŞ-ın gizli Hərbi Hava Qüvvələri və KXDR: Müharibədə kim qalib gələ bilər?
12-01-2018, 14:02
Koreya yarımadasında müharibə olacağı təqdirdə ABŞ hava gücü açar rol oynayacaq.
Başlanğıcda əsas yük Pentaqonun “Lockheed Martin” istehsalı “F-22 Raptor”, “F-35 Joint Strike Fighter” və “Northrop Grumman B-2 Spirit” gizli bombardmançılarına düşəcək.
Eyni zamanda ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) Şimali Koreya hava müdafiəsini, komanda-nəzarət mülklərini hədəf alaraq “Tomahawk” qanadlı raketlərin hücumunu təşkil etmək üçün öz səth döyüş gəmilərini və dənizaltılarını işə salmalı olacaq.
Şimali Koreyaya qarşı hər hansı potensial tədbir zamanı ABŞ hərbi planlaşdırıcılarına problemlər yaranacaq. Pxenyanın nüvə qüvvələrini minlərlə cənubi koreyalını və yapon mülki vətəndaşlarını ölümə məruz qoymadan necə yox etmək olar? Əslində ən çətin vəziyyət ssenarilərini nəzərdən keçirsək, Şimali Koreyanın nüvə başlıqlı qitələrarası ballistik raketlərinin ABŞ ərazisini vura biləcəyini görərik.
Əgər Tramp adminstrasiyası Şimali Koreyanı vurarsa, öncə F-35 kimi gizli təyyarələr KXDR-in hava müdafiəsini yarmalı olacaq. Pxenyanın ən müasir hava müdafiə sistemləri yoxdur. Əsas təhdid köhnə Sovet istehsalı sistemlərdən qaynaqlanır.
Lakin istənilən halda Şimali Koreyanın hava müdafiəsinin böyük qismi köhnə olsa da, o, həm də Rusiyanın S-300 sistemlərinin əsasında hazırladığı yeni KN-06 kimi yeni silahlara sahibdir. Moskva İqtisadiyyat Universitetində beynəlxalq münasibətlər və Avropa üzrə araşdırmalar mərkəzinin əməkdaşı Vasili Kaşin bildirib ki, cənubi koreyalı mənbələrin məlumatlarına görə KN-06 uğurla sınaqdan keçirilib. Silahın 150 kilometrə yaxın məzilə sahib olduğu ehtimal edilir.
“Heç kim bu sistemlərin neçə ədəd olduğunu dəqiq bilmir. KN-06 mərhələli radarlara sahibdir və o hədəfini raket idarə sistemi vasitəsilə izləyir. O, ola bilsin ki, S-300P-nin ilkin versiyasına bərabər, hətta daha böyük mənzilə sahibdir”, - deyə Vasili bildirib.
Təqaüddə olan admiral, donanma analitiki Mayk Makdevid isə mümkün hadisələrə bu şəkildə yanaşıb: “1950-1953-cü illərdə ABŞ HHQ və HDQ Şimali Koreyanı xarabalığa çevirdi. Bundan sonra şimallıların bunun bir daha baş verməməsini təmin etmək və bomba sığınacaqları, yeraltı tunellər qazmaq üçün 65 illəri olub”.
Həqiqətən də Cerri Henriksin yazdığı kimi “Aegis” raketdən müdafiə sistemləri Cənubi Koreya və Yaponiyaya yönələn hər hansı bir Şimali Koreya ballistik raketini məhv etməyə hazır vəziyyətdə dayandığı kimi, KXDR-ə qarşı ediləcək hava zərbələri də hədəflərini dəqiqliklə vurmalıdır.
“Cənubi Koreyanın paytaxtı Seula istiqamətlənən minlərlə artilleriya qüvvələri, nüvə silahı anbarlarına, nüvə atıcı vasitələrə və birləşmiş havadan müdafiə sistemlərinə eyni vaxtlı hücum edilməli və ildırım sürətilə həyata keçirilməlidir”, - deyə Henriks yazır.
Qeyd edək ki, bütün bunlar istənilən halda uğura təminat vermir. Şimali Koreyaya ediləcək hər cür hücum milyonlarla olmasa da, ən azından minlərlə cənubi koreyalı və yaponiyalının həyatını risk altında qoyacaq. Buna görə də, dioplomatik həll yolu hər zaman müharibədən önə qoyulmalıdır.
Ağalar Ağalarlı
Analiz Ordu.az-a məxsusdur