Pentaqon: “Ölüm terabaytı”nı dəf etməyə hazırıq

12-01-2018, 14:05           

“Bizim şəbəkələrimizə qarşı kiber hücumların sayı əhəmiyyətli dərəcədə artmaqdadır, bu səbəbdən ən kütləvi hücumları dəf etməyə hazırlaşırıq”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqonun Müdafiə İnfomasiya Sistemləri idarəsinin rəhbəri Alan Linn bəyan edib.

Linn qeyd edib ki, hələ bir neçə il əvvəl bənzər kiber hücumların miqyası 1-2 il geqabayt olaraq dəyərləndirilirdi və yetərincə böyük ölçülü olması düşünülürdü.

“İndi isə 600 giqabaytlıq hücumlara mətuz qalırıq və bu hücumlar unikaldır, bizim daha öncə heç vaxt düşünmədiyimiz fərqli üsullarla həyata keçirilir”, - deyə Linn bildirib.

O əlavə edib ki, Pentaqon öz sisteminə qarşı ən irimiqyaslı hücumlara hazırlaşır. Lakin Linn artıq uzaq gələcəkdə baş verməsi gözlənilməyən “Ölüm terabaytı” təhlükəsinin də real olduğunu vurğulayıb.

Qeyd edək ki, Pentaqon nümayəndəsi kiber hücumların hansı dövlətlər tərəfindən həyata keçirildiyini açıqlamayıb.

Ağalar Qəribov
Ordu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru