RUSİYA PREZİDENTİ: “BU DƏFƏ NÜVƏ OYUNUNU KİM ÇEN IN APARDI”

12-01-2018, 19:52           

Rusiya prezidenti Vladimir Putin ölkəsinin qəzet və informasiya agentliklərinin rəhbərləri ilə görüşündə Koreya Xalq Demokrataik Respublikasının (KXDR) lideri Kim Çen Inı savadlı və yetkin siyasətçi adlandırıb.

"Kim Çen In öz strateji vəzifəsinin öhdəsindən gəlib. O, bu dəfəki nüvə oyununu apardı. Onun nüvə başlığı və dünyanın istənilən nöqtəsinə çata biləcək, 13 min kilometr məsafəni qət edən raketi var", - deyə Vladimir Putin bildirib.

Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsinə də toxunan Vladimir Putin qeyd edib ki, bu məqsədə ancaq dialoq və danışıqlar yolu ilə nail olmaq mümkündür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.