SSRİ-nin taleyi: Generalların Bakı görüşünün sirri

15-01-2018, 10:07           

Rusiya hakimiyyəti Krımı NATO-ya qarşı mübarizə aparmaq üçün hərbiləşdirir.

Axar.az xəbər verir ki, bunu “Apostrof” saytına açıqlamasında Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi İqor Romanenko söyləyib.

“Bu, Putinin strategiyasının reallaşdırılmasıdır. Bu strategiya təkcə Ukrayna yox, həm də NATO-nun cənub sərhədlərinə qarşı yönəlib. O, çox şeyi pozub. Rusiyanın baş qərargah rəisinin NATO-nun Avropadakı qoşunlarının rəhbəri ilə Bakıda görüşmək istəməsinin səbəbi də bununla bağlıdır. Ruslar az qala tankları üçün də nüvə sursatı hazırlayırlar. Onlar Kalininqrada nüvə başlıqlı “İsgəndər”ləri yerləşdirdilər, indi isə bu planı Krımda gerçəkləşdirirlər. Yəni onlar çox şeyi pozublar və indi amerikalıların nə edəcəyini gözləyirlər. Kremldə SSRİ-nin tarixini yaxşı bilirlər. Əvvəlcə neft ucuzlaşdı, daha sonra silahlanma yarışı başladı və ittifaq dağıldı. Kremldəkilər ilk növbədə isə Putin uzun müddət hökmranlıq etmək istəyir. Onlar tarixi bilirlər və onun təkrarlanmamasını istəyirlər”, – deyə o bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.