“ABŞ olmasa, ordunu altı ay da saxlaya bilmərik”

15-01-2018, 11:51           

ABŞ-ın maliyyə yardımı olmadan Əfqanıstan öz ordusunu altı ay belə saxlaya bilməz.

Axar.az xəbər verir ki, bunu CBS televiziyasına müsahibəsində Əfqanıstan Prezidenti Əşrəf Qani söyləyib.

“Bizim ordunu saxlamaq gücümüz yoxdur. Ona görə ki, pulumuz yoxdur. Bizim ölkədə 21 beynəlxalq terror təşkilatı fəaliyyət göstərir. İstənilən şeyə rəğmən biz savaşı Əfqanıstanın təhlükəsizliyinin tam təmin olunduğu ana qədər davam etdirəcəyik. Lazım olsa, bizdən sonra gələn nəsillər də bu savaşa qoşulacaqlar”, – deyə o bildirib.

Qeyd edək ki, ABŞ ordusu 2001-ci ildən Əfqanıstandadır. Vaşinqton Əfqanıstan ordusunun maddi baxımdan təminatını öz üzərinə götürüb. ABŞ hərbçiləri Əfqanıstan ordusunun təlimi işini də həyata keçirirlər.

Əfqanıstanda son günlər situasiya gərginləşib. Taliban artıq ölkənin 30%-nə nəzarəti ələ keçirib. Üstəlik, əfqan hərbçiləri daxilində teraktların sayı yüksəlib. Rəsmi Kabil isə ölkədə yaranmış bu gərginliyə görə Pakistanı günahlandırıb, onları Talibana dəstək verməkdə ittiham edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.