Avropa Birliyi də Əfqan Muxtarlının həbsini pisləyib

15-01-2018, 12:13           
Avropa Birliyi də Əfqan Muxtarlının həbsini pisləyib
Avropa Birliyi jurnalist Əfqan Muxtarlının 6 il azadlıqdan məhrum edilməsini pisləyib. Qurum yanvarın 14-də verdiyi açıqlamada bildirib ki, bu hökm ölkədə fundamental insan haqlarıyla bağlı “ciddi suallar” yaradır.

Balakən Rayon Məhkəməsi yanvarın 12-də Muxtarlını qaçaqmalçılıq və digər ittihamlarda təqsirli bilib, amma insan haqları qrupları bu ittihamları siyasi motivli adlandırıb. Jurnalistin məhkum edilməsi ölkədə narazıların susdurulması, hakimiyyətlə bağlı suallar verən, yaxud korrupsiyanı ifşa edənləri cəzalandırmaq niyyəti güddüyü bildirilir.

AB-nin xarici siyasət rəhbəri Federica Mogherini-nin sözçüsü Maja Kocinjancic yanvarın 14-də bildirib ki, Muxtarlıya qarşı çıxarılmış hökm “Azərbaycanda ifadə, media azadlığı kimi fundamental hüquqlar, eləcə də hüquqi prosedurlarla bağlı ciddi suallar yaradır”.

Kocinjancic əlavə edib ki, Muxtarlının Gürcüstanda oğurlanandan sonra Azərbaycanda həbsi və mühakimə olunması “hərtərəfli və şəffaf araşdırma tələb edir”.

“Fundamental hüquqlarla bağlı bütün azadlıqdan məhrumetmə halları Azərbaycanda təcili nəzərdə keçirilməlidir, bundan sonra ölkənin beynəlxalq öhdəliklərinə uyğun olaraq, hüquqları pozulanların hamısı azadlığa buraxılmalıdır”, – bəyanatda deyilir.

Daha öncə ABŞ Dövlət Departamenti də Birləşmiş Ştatların Muxtarlının “siyasi hesab olunan” pozuntulara görə məhkum edilməsindən “narahatlığını” bildirmişdi.
Tumar












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.