Cəbhəyanı rayonlara hərbçilərin icra başcısı təyin edilməsi problem yarada bilər - deputat

15-01-2018, 19:15           
Cəbhəyanı rayonlara hərbçilərin icra başcısı təyin edilməsi problem yarada bilər - deputat
Deputat Siyavuş Novruz bir müddət əvvəl Milli Məclisin plenar iclasında cəbhəyanı bölgələrdə istefada olan hərbçilərin icra başçısı təyin olunması ilə bağlı təklif irəli sürmüşdü. Lakin bu fikir deputat həmkarları tərəfindən dəstək qazanmadı.

Bu məsələ ilə bağlı BiG.AZ-a açıqlama verən Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib ki, icra başçıların təyin olunma səlahiyyəti konstitusiya ilə cənab prezidentimizə aiddir: "İcra başçısı kifayyət qədər ciddi vəzifədir. Bu vəzifəyə təyin olanlar bir çox vacib xüsusiyyətləri özündə daşımalıdır: "Bu xususiyyətlərə malik olanlar ölkə başçısı tərəfindən seçilir və təyin olunur. Düşünürəm ki, hərbiçilərin icra başcısı təyin edilməsi Müdafiə Nazirliyinin səlahiyyətlərinin icra edilməsinə problem yarada bilər. Yəni icra başçıların sırf hərbiçilərdən seçilməsi rayonlarda digər vacib vəzifələrin yerinə yetirilmısində problemlər yarada bilər”.

Deputat onu da vurğulayıb ki, bu gün Azərbaycan ordusu kifayyət qədər peşəkardır: “Yüksək döyüş qabiliyyətinə və hərbi texnika malikdir. Eyni zamanda da ermənilərlə həmsərhəd olan rayonlarda igid hərbiçilərimiz və zabitlərimiz yüksək vətənpərvərlik hissinə malikdir. Ona görə də narahatçılığa heç bir əsas yoxdur. İcra başçısı öz səlahiyyəti çərçivəsində təyin olduğu rayonun problemləri ilə məşğul olmalıdır. Ölkə başçısının siyasətini rayon səviyəsində həyata keçirməlidir. Öz vəzifəsini layiqincə yerinə yetirib, işğal altında olan torpaqlarımızı azad etmək üçün daim hazır olmalıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.