İspaniya Puçdemonu həbs edəcək! - Belçika ərazisindən çıxsa…
22-01-2018, 11:12
Belçika ərazisini tərk edəcəyi təqdirdə, İspaniya hökuməti Kataloniyanın sabiq başçısı Karles Puçdemonu həbs etmək niyyətindədir. İspaniya prokurorluğu bu məqsədlə Avropa orderi verə bilər.
Yanvarın 22-də Puçdemonun Danimarka paytaxtına səfər etməyə hazırlaşdığı barədə məlumat veriləndən sonra bu barədə xəbər yayılıb. Puçdemon «Kataloniya və Avropa demokratiya yolu ayrıcında» debatlarında iştirak etmək məqsədilə Danimarkanın paytaxtı Kopenhagenə getməyə qərar verib.
KİV-in məlumatına görə, həbs barədə sorğu Kataloniyanın müstəqilliyinin elan olunması ilə bağlı işə baxan hakim Pablo Lyarenə göndəriləcək.