ABŞ Federal Ehtiyat Sisteminə yeni rəhbər təyin edildi

24-01-2018, 10:36           

ABŞ Senatı Cerom Paueli Amerikanın Mərkəzi Bankı hesab edilən Federal Ehtiyat Sisteminin (FES) rəhbəri vəzifəsində təsdiqləyib.

Publika.az RİA Novosti”yə istinadən xəbər verir ki, sərmayəçi bankir Cerom Pauel əvvəllər ABŞ maliyyə nazirinin müavini vəzifəsində çalışıb, 2012-ci ildən FES İdarə Heyətinin üzvü olub.

Cerom Pauel FES rəhbəri vəzifəsində Canet Yelleni əvəzləyəcək.

D.Tramp seçkiqabağı kampaniyası dövründə FES-i və şəxsən Canet Yelleni Barak Obama administrasiyasının təsirinə məruz qalaraq, baza uçot dərəcəsini süni şəkildə aşağı həddə saxlamaqda ittiham edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru