Deputatdan Tofiq Heydərovun hədəsinə REAKSİYA

24-01-2018, 14:22           
Deputatdan Tofiq Heydərovun hədəsinə REAKSİYA
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov “AAAF Holdinq” MMC-nin təsisiçisi Tofiq Heydərovun “Unikal.Org” saytının jurnalisti Aygün İlqarqızını təhqir etməsi məsələsinə münasibət bildirib.
Ə.Amaşov “Ölkə.Az”-a açıqlamasında jurnalist Aygün İlqarqızı ilə iş adamı Tofiq Heydərov arasında yaranan qalmaqalın arzuolunmaz olduğunu söyləyib:

“Kiminsə təhqir olunması yolverilməzdir. Fərqi yoxdur jurnalistdir, ya qeyrisi. Bu əxlaqa və qanunun tələblərinə ziddir. Hər hansı məsələni və ya mübahisənin həll etmək üçün məhkəmə və digər müvafiq instansiyalar mövcuddur”.

Şura sədri qeyd edib ki, jurnalistin səhv xəbər yazdığı halda belə, təhqirə məruz qalması yolverilməzdir:
“Jurnalistlər cəmiyyətin həssas təbəqəsi olduğu üçün onlarla mövcud olan məsələlərdə kifayət qədər diqqətli olmaq lazımdır. Əgər jurnalistlərin sualları vaxtında cavablandırılarsa, tam əminəm ki, bu və buna bənzər problemlər yaşanmaz. Hər bir məmur və ya vəzifəli şəxs jurnalist sorğularına həssas yanaşmalı, özlərini qane etməyən məqamlara münasibətdə dözümlülük nümayiş etdirməlidir. Əgər kiminsə hərəkətlərindən narazılıq varsa, qarşı tərəfin onu məhkəməyə vermək hüququ var. Jurnalistin şəxsi həyatına aid fotoları yaymaq, onun haqqında təhqiramiz ifadələr səsləndirmək vəziyyətdən çıxış yolu sayıla bilməz. Əslində hər addımda jurnalistin məhkəməyə verilməsi də problemlərin həll yolu deyil”.

Ə.Amaşov jurnalistlərin yaşadığı bu kimi məsələlərin Mətbuat Şurası tərəfindən araşdırılaraq, diqqətdə saxlandıldığını bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.