Daha bir ərəb ölkəsində vəziyyət pisləşir: Üz-üzə dayanıblar

27-03-2018, 08:56           

Baş nazir qeyd edib ki, Livanın müstəqilliyinə kənar müdaxilələrin olmasına heç vaxt imkan verməyəcək

Parlament seçkilərinə hazırlaşan Livanda siyasi qalmaqal yaşanır. Baş naziri Səid Həriri, Hizbullah-a yaxın bəzi partiyaları Bəşər Əsədə sadiq qüvvələr adlandırıb.

"Bəziləri keçmiş günlər üçün çox darıxıb. Suriya rejiminin təsiri altında olduğumuz günləri deyirəm. O günlər artıq çox geridə qaldı. Onların kim olduğunu hamımız yaxşı bilirik. Əslində siyahıdakı namizədlər Hizbullah-ın və Əsədin namizədləridir, Livan xalqının yox" — Həriri deyib.

Baş nazir qeyd edib ki, Livanın müstəqilliyinə kənar müdaxilələrin olmasına heç vaxt imkan verməyəcək.

Sputnik Azərbaycan "Timeturk"ə istinadən xəbər verir ki, 1975-ci ildən 2005-ci ilə qədər Suriya rejiminə bağlı ordu qüvvələri Livanın şimalını nəzarətdə saxlayıb. Beynəlxalq təzyiqlərdən sonra 14 fevral 2005-ci ildə Suriya rejimi öz əsgərlərini bölgədən geri çəkmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru