Polis Nurullayevin konfransını dağıtdı - Həbs olunan var...
2-09-2015, 14:57
Razi Nurullayevin sədrlik etdiyi AXCP Etimad Qurultayının Ağstafada keçirilən konfransında qarşıdurma yaranıb.
“Qafqazinfo” xəbər verir ki, konfransda iştirak edən 80-100 nəfərlik cəbhəçilərin üzərinə Ağstafa polisi 4 avtobus silahlanmış polislə gəlib. “Cəbhəçiləri polis şöbəsinə apardılar. Hazırda saxlanılanlar azad edilib. Amma onların ürəyinə düşən xiffət və qorxu qalacaq. İnsan şəxsiyyətini aşağılamaq, insana təhqir demək, onu əzmək çox böyük ədalətsizlik və qanunsuzluq olmaqla bərabər, həm də böyük günahdır. Azərbaycan vətəndaşı, cəbhəçi, müxalifət və ya digər kateqoriya insan özünə əqidə və yol seçməmişdən öncə insan şəxsiyyəti kimi doğulub və ona hörmət olunmalıdır. Aqstafa polisinin, Aqstafa icra hakimiyyətinin bu hərəkəti heç bir tənqidə sığmır”- deyə təşkilat sədri R. Nurullayev məlumat verib.