Yataq xəstəsi olan 61 yaşlı rus qadına baxan yoxdur: Xəstəxanaya yerləşdirilməsini istəyir

Bu gün, 15:18           
Yataq xəstəsi olan 61 yaşlı rus qadına baxan yoxdur: Xəstəxanaya yerləşdirilməsini istəyir
Rütubətli, natəmiz otaqda kimsəsiz, köməksiz qalan yataq xəstəsi qadın.

TEREF Xəzər TV-yə istinadən məlumat verir ki, görüntülər Hövsan qəsəbəsi, Şabanov küçəsi, 114 ünvanındandır. 61 yaşlı Viktoriya Barsukova xəstəlikdən əziyyət çəkir, bu səbəbdən yeriyə bilmir.

Dediyinə görə, 1 il əvvəl yaşadığı evdə yıxılıb. Hər şey də elə bundan sonra başlayıb.

Qadın deyir ki, ona Rusiyada yaşayan bacısı maddi dəstək olur. Bir qızı var. Ancaq qızı onunla maraqlanmır.

Məsələ ilə bağlı Milli Onkologiya Mərkəzindən "Xəzər Xəbər"ə bildirilib ki, dəqiq diaqnozun qoyulması üçün mütləq Onkologiya mərkəzinə yaxınlaşmaq lazımdır. Ev şəraitində dəqiq diaqnoz qoyulması mümkün deyil. Qadın Təcili və Təxirəsalınmaz Tibbi Yardıma müraciət edərək, onların vasitəsilə Mərkəzə yaxınlaşa bilər. Bundan sonra ona müvafiq yardım göstəriləcək.

Ətraflı süjetdə:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.