Bəzi məşhur yeməklər sağlamlığa zərər verə bilər. Foodinfo.az xəbər verir ki, bu barədə tibb elmləri namizədi Vladimir Loginov danışıb.Mütəxəssisin fikrincə, paytaxt salatı və siyənək balığı həzm sistemində problemlər yarada bilər. Bundan əlavə, onların kalorisi çox yüksəkdir: salatın bir porsiyasında 500-600 kalori ola bilər.Paytaxt salatı xüsusilə həssas mədə, qastrit olan insanlarda narahatlıq yarada bilər. Öz növbəsində siyənək bədəndə mayenin tutulmasına səbəb ola bilər, çünki balıqda çoxlu duz var.