Dietoloq kimin naringi yeməməli olduğunu söylədi

23-12-2024, 12:58           
Dietoloq kimin naringi yeməməli olduğunu söylədi
Moskva Səhiyyə Departamentinin baş dietoloqu Antonina Starodubova kimin naringi yeməməli olduğunu deyib. Foodinfo.az xəbər verir ki, ekspert müxtəlif allergik reaksiyalara meyilli insanların, hamilə qadınların qida rasionunda naringinin məhdudlaşdırılmsının vacibliyini qeyd edib. Naringilərdən azyaşlı uşaqların qida rasionunda istifadə olunmur, çünki bu yaşda sitrus meyvələrinin çox az istehlakı belə ciddi allergik reaksiyaya səbəb ola bilər.Dietoloq əlavə edib ki, tərkibində meyvə turşularının kifayət qədər yüksək olması səbəbindən, ümumiyyətlə, sitrus meyvələri və xüsusilə naringilər mədə-bağırsaq traktına yüngül stimullaşdırıcı təsir göstərir. Bundan əlavə, müxtəlif xroniki xəstəlikləri olan insanlar qidalanma və bəzi qidaların və yeməklərin istehlakı ilə bağlı həkimə müraciət etməlidirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru