İran Rusiyaya səsləndi:“Suriyanın daxili işlərinə qarışma!"

6-06-2018, 00:34           

İranın Dəməşqdəki keçmiş səfiri və İran xarici işlər nazirinin müşaviri Hüseyn Şeyx əl-İslam Moskvanı Suriyanın daxili işlərinə qarışmamağa çağırıb.

Strateq.az Livanın “Аrаbi21” portalına istinadən xəbər verir ki, Hüseyn Şeyx əl-İslam İran qoşunlarının Suriyada iştirakı haqda Rusiyanın mövqeyinə cavabda bildirib: “Rusiya suriyalıların daxili işlərinə qarışmamalıdır.Kimin Suriyada qalacağını, kimin tərk edəcəyini müəyyən etməyə haqqı çatan yeganə tərəf Suriya hökumətidir”.

Hüseyn Şeyx əl-İslam Suriya xarici işlər naziri müavini Feysəl əl-Miqdadın bəyanatını yada salıb – onda deyilir ki, İran qüvvələri və “Hizbullah” Suriya hökumətinin rəsmi xahişilə Suriyadadır. O habelə qeyd edib ki, bu qüvvələr Suriyada iştirakı davam etdirəcəklər.

İran XİN müşaviri Rusiyanın deyil, İranın Əsədin ən yaxın müttəfiqi olduğunu təsdiqləməkdən imtina edib. O deyib: “Kimin onlara hamıdan daha yaxın olduğunu prezident Əsəd və Suriya hökuməti həll edir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru