Gəncə təxribatına Pənah Hüseynin münasibəti - ''Bu aksiya cinayətdir''

11-07-2018, 00:55           
Gəncə təxribatına Pənah Hüseynin münasibəti - ''Bu aksiya cinayətdir''
Bu gün saat 20 radələrində Gəncədə baş verən və iki yüksək rütbəli polisin ölümü ilə nəticələnən iğtişaşlar ölkə ictimaiyyəti tərəfindən pislənir. Məsələyə müxalif düşərgənin təmsilçiləri də münasibət bildiriblər.

AXP sədri, sabiq baş nazir Pənah Hüseyn musavat.com-a deyib ki, istənilən halda bu cür aksiya cinayətdir. Bu cür hərəkətlər nə dinə, nə də demokratiyaya xidmət edir. İştirakçıların kimliyindən asılı olmayaraq, aydın görünür ki, bu hadisə xarici və daxili güclərin Azərbaycana qarşı təxribatıdır.

AXP sədri şəhid olan polislərə görə təəssüf hissi keçirtdiyini bildirərərk, musavat.com-a deyib: ''Bununla yanaşı, mənə çox təəccüblü gəlir ki, günlər öncədən belə bir təxribata hazırlıq getdiyi hər kəsə məlum olduğu halda, nədən onun qarşısı alınmayıb və bu adamlar şəhərin baş meydanına keçə biliblər? Nəticədə də belə bir faciə baş verib. Hesab edirəm, bu detal xüsusi araşdırılmalıdır''.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru