Tramp Əsədi hədələdi, Ruhaniyə ismarıc göndərdi:"Əgər İdlibdə qətliam olsa, ABŞ buna çox qəzəblənəcək"
6-09-2018, 08:00
ABŞ prezidenti Donald Tramp bu gün jurnalistlərin suallarını cavablandırıb.
Strateq.az xarici mətbuata istinadən bildirir ki, Rusiya və İranın dəstəklədiyi Əsəd ordusunun İdlibə gözlənilən hücumuna toxunan ABŞ prezidenti deyib ki, əgər rejim qüvvələri şəhərdə qətliam törədərsə, bu, Amerikanı həddən artıq qəzəbləndirəcək.
Daha sonra BMT-nin sentyabrın 26-da baş tutacaq islasına sədrlik edəcəyinə işarə vuran Tramp bildirib ki, həmin toplantı ərəfəsində İran prezidenti ilə görüşə bilər: “Ruhani ilə görüşmək imkansız deyil”.