Qarabağ Komitəsi mitinq qərarı verib

6-09-2018, 08:32           
Qarabağ Komitəsi mitinq qərarı verib
Bir sıra siyasi, ictimai xadimlərin təmsil olunduğu Qarabağ Komitəsinin sentyabrın 5-də keçirilən iclasında Qarabağa azadlıq tələbi ilə mitinqin keçirilməsi ilə bağlı qərar qəbul olunub. Bu barədə “Yeni Müsavat”a Qarabağ Komitəsinin mətbuat xidmətindən verilən məlumatda deyilir ki, mitinq sentyabrın 29-na təyin edilib.

Mitinq “Qarabağa azadlıq ” şüarı ilə keçiriləcək. Qarabağ Komitəsinə daxil olan partiya və təşkilatlar, o cümlədən Müsavat Partiyası, İslam Partiyası, Xalq Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Milli Demokrat Partiyası, AĞ Partiya, Qarabağ Azadlıq Təşkilatı və digərləri birgə fəaliyyət üçün mövqelərini bir daha nümayiş etdirib. Akif Nağı, Əvəz Zeynallı, Mirmahmud Mirəlioğlu, Akif Heydərli, Pənah Hüseyn, Felmar Əkbərov, İlqar Əli, Şakir Abbas, Sahib Musayev və digərləri çıxış edərək mitinqin kütləviliyinin təmin olunması üçün təkliflərini veriblər. İclasda həmçinin “Yurda qayıdış” aksiyasında komitə üzvlərinin iştirakı müzakirə olunub, sentyabrın 1-də keçirilən aksiyada komitə üzvlərinin iştirakı məqbul sayılıb və bu ideyanın gündəmdə saxlanılması məqsədəuyğun hesab edilib. Komitə daha sonra digər məsələlərlə bağlı qərarlarını qəbul edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru