Şarmazanov: Paşinyanın Lavrovla deyişməsi iki ölkə arasındakı münasibətlərə ziyan vurur

7-09-2018, 00:20           
Şarmazanov: Paşinyanın Lavrovla deyişməsi iki ölkə arasındakı münasibətlərə ziyan vurur
Ermənistan müxalifətinin sözcüsü baş naziri özünü kloun və ya KVN-çi kimi aparmamağa çağırdı


Baş nazir Nikol Paşinyanın Rusiya xarici işlər naziri Sergey Lavrova cavab qaytarması Rusiya-Ermənistan münasibətlərinə ziyan vurur.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan Milli Assambleyasının sədr müavini, müxalifətdəki Respublika partiyasının sözcüsü Eduard Şarmazanov bildirib.

Şarmazanov hökumət üzvlərinə və şəxsən Paşinyanın özünə dəfələrlə yumoritsik söz atmacaları ilə Rusiyanı hiddətləndirməməyi məsləhət gördüklərini bildirib.

Şarmazanovun fikrincə, iqtidar “publikanı şənləndirmək və sosial şəbəkələrdə “layklar” yığmaq yerinə, xarici partnyorlarla münasibətləri möhkəmləndirilməsinə daha çox fikir verməlidir.

“Paşinyan Lavrovun ilk bəyanatına “qoy yeniliyə uyğunlaşsın” deyə cavab vermişdi. Biz bu “uyğunlaşma”nın nəyə başa gəldiyini gördük”,- vitse-spiker deyib.

Şarmazanov müttəfqlərlə qarşılqlı münasibətlərdə ciddiyətlə yanaşmağın gərəkdiyini və “kloun imicinin” bu işdə heç bir işə yaramayacağını qeyd edib.

Bundan başqa, erməni müxalifətçi baş naziri yumor dilini özünün “Vətəndaş müqaviləsi” partyasının iclaslarına saxlamağı məsləhət görüb.

Serj Sərkisyanın adamının söylədiyinə görə, Ermənistanın bütün liderləri Rusiya ilə münasibətlərdə məsuliyyət və dözümlülük nümayiş etdiriblər.

“Mən hələ görməmişəm ki, Levon Ter Petrosyan, Robert Köçəryan və Serj Sərkisyan Rusiyadan gələn bəyanatlara yumorla cavab versinlər. Sən hansısa KVN-çi deyilsən, ölkəni bir nömrəli məmurusan. Ona görə də səni daha ağır olmağa və ciddi siyasi meydana qayıtmağa çağırıram”,- Şarmazanov baş nazirə hətta müraciət edib.

Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistandakı situasiyanın qaynamağa davam etdiyini söyləmiş, Paşinyan isə buna “bəli, bu gün hava doğrudan da isti idi”,- deyə cavab vermişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.