5 ölkə Rusiyaya qarşı birləşdi - Ortaq bəyanat

7-09-2018, 09:17           
5 ölkə Rusiyaya qarşı birləşdi - Ortaq bəyanat
ABŞ, Kanada, İngiltərə, Fransa və Almaniya Skripal olayı ilə bağlı Rusiyaya qarşı birgə bəyanat yayımlayıb.

Axar.az xəbər verir ki, bəyanatda bu sui-qəsdə cəhd olayı ilə bağlı Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) məsuliyyət daşıdığı bildirilib.

“İngiltərə polisi şübhəlilərin QRU əməkdaşları olduğu qənaətinə gəlib. Bu əməliyyat planının dövlət strukturunun ən yuxarı iyerarxiyasında hazırlanması ilə bağlı şübhəmiz yoxdur”, - deyə bildirilib.

Qeyd edək ki, İngiltərə Baş naziri Tereza Mey də bu işin başında QRU-nun dayandığını bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru