«Kim Çen In iki Koreyanın birləşməsinə köklənib» - Matviyenko

9-09-2018, 09:34           
«Kim Çen In iki Koreyanın birləşməsinə köklənib» - Matviyenko
Rusiya parlamenti Federasiya Şurasının (RF FŞ) spikeri Valentina Matviyenko şənbə günü jurnalistlərə bildirib ki, Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Şimali Koreya ilə Cənubi Koreyanın birləşməsinə köklənib.
«Şimali Koreya lideri bu istiqamətdə – iki Koreyanın birləşməsinə doğru hərəkət etməyə köklənib… Bir sıra regional və regional olmayan oyunçuların iki Koreyanın birləşməsində maraqlı olmadığını anlayaraq, bəziləri bununla manipulyasiya edir və bölgədə öz mövqelərini qoruyub saxlamaq istəyirlər» – deyə, Matviyenko bildirib.

Rusiya parlamentinin yuxarı palatasının spikeri şənbə günü KXDR-nın lideri Kim Çen Inla görüşüb.
AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru