Bakı İstintaq Təcridxanasında intihar hadisəsi baş verib.
Sabunçu rayon Prokurorluğundan verilən məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə təqsirləndirilən Manaf Paşayev saxlanıldığı təcridxanada özünü asıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir/apa/.