Sabah Bakının iki rayonunda qaz verilişində məhdudiyyət olacaq –Rəsmi

20-12-2016, 21:04           

Bakının Xətai rayonunda təbii qazın verilişində məhdudiyyətlər olacaq.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən teref.az-ya verilən məlumata görə, Xətai rayonu ərazisində yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və qaz təchizatı şəbəkəsində aşkar olunmuş sızmaların ləğvi ilə əlaqədar dekabr 21-də saat 09:00-dan 18:00-dək Xətai rayonunun Sarayeva, Q.Nəbi, M.Rüstəm, Cavanşir, Sadıqcan, M.Hadi, S.Ə.Şirvani, Mehmandarov, Şıxlınski küçələrində, Gəncə prospekti və Zığ yolu ətrafının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Bildirilib ki, aparılan işlərin Xəzər rayonu Binə və Qala qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru