“Naz Lifan”ın saytı necə tanışlıq çatına çevrildi? - FOTO

15-10-2018, 11:54           
“Naz Lifan”ın saytı necə tanışlıq çatına çevrildi? - FOTO
Naxçıvan Avtomobil Zavodunun rəsmi saytı olan "naz.az" saytına daxil olmaq mümkün deyil.

Teref.az Qaynarinfo-ya istinadən xəbər verir ki, sayta daxil olduqda avtomatik yönləndirmə ilə "qiz.az" çat saytı açılır.

Sözügedən saytın, yəni "naz.az"ın zavoda aid olduğuna dair şübhələrimiz olsa da, "Wikipedia" məlumatında zavodun rəsmi saytı yerində məhz bu ad qeyd olunub.

Görünən odur ki, rəhbərlik sosial şəbəkələrdə də heç bir hesabı olmayan zavoddan çoxdan əlini üzüb.

Qeyd edək ki, 2017-ci ildə heç bir avtomobil istehsal etməyən Naxçıvan Avtomobil Zavodunun fəaliyyətini dayandıracağı iddia edilir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru