Bərdənin tanınmış ziyalısından icra başçısına: “Daxilin canavardır...” - Şok video

12-11-2018, 01:46           
Bərdənin tanınmış ziyalısından icra başçısına: “Daxilin canavardır...” - Şok video
Bərdə rəhbərliyindən narazıların sıraları genişlənir. İcra başçısı Vidadi İsayevin özbaşınalıqları barədə hər gün yeni-yeni faktlar üzə çıxır

Artıq ziyalılar, rayonun ictimai-siyasi həyatında xidməti olanlar V.İsayevin durdurulması haqda həyəcan təbili çalırlar.

Onlardan biri - Bərdənin tanınmış ziyalısı, “Məktəb” qəzetinin baş redaktoru, YAP üzvü Cəbrayıl Əliyev Rayon İcra Hakimiyyəti başçısı Vidadi İsayevin qanunsuz hərəkətlərindən danışıb.

Cahan.info xəbər verir ki, sosial şəbəkədə canlı yayıma çıxan C.Əliyev V.İsayevi “makler” olmaqda ittiham edib.

Onun sözlərinə görə, rayonda Böyük vətən müharibəsi qəhrəmanlarının abidəsinin yanında gül kollarını çıxarıb, hovuzları satıb:

“Belə abidə respublikada yox idi. Onları satdı. Sonra mədəniyyət sarayının binasını söküb satdı. Çox əzəmətli bina idi, 97 otağı var idi. İçərisindəki mebelləri də satdı. 1200 nəfərlik iclas zalında 80 min manat qiyməti olan çil-çırağı satdırdı.

Əlavə 40 minlik çil-çırağı da satdı, bilyard stolunu 70 minə pay-püş elədi. Bundan da gözü doymadı. Teatr zalında səhnədəki oturacaqları peşkəş elədi. Azərbaycanda elə qiymətli mebellər olan saray yox idi.

Onları rəhmətlik Rüstəm Səfərəliyev Heydər Əliyevin köməkliyi ilə gətirmişdi. Azı 500 milyon manatlıq avadanlıq satıb. Abidənin yanında muzeyi sökdürdü, satdı.

Bərdədə Nizami kino klubunu tamamilə sökdürdü, avadanlıqlarını gecə ilə daşıtdı. Mərkəzi küçə Nizaminin adını daşıyırdı, onu da çıxardı.

Bərdədəki 20 Yanvar abidəsi bütün rayonlardakından möhtəşəm idi. Vidadi onu gecə sökdürdü və mərmərini, içindəki şveyler, almaturları da gecə Bərdədən çıxartdırdı.

Arxeoloji qazıntı yerini torpaqlatdı. Şəhidin qardaşının binasını sökdürdü. Dedim ki, sən insanlıq libası geyinmisən, daxilin canavardır. Dedi ki, ölməyəydi.

Bu sözümdən sonra səhər bərdəlilərin şəhidlik guşəsini ləğv edib, zibilxanaya atdırmışdı. Mənim əmimin nəvəsi, atamın dayısı oğlu, bibimin uşaqları şəhid olublar. Bu adam şəhid verməyib. Hansısa mərhələdən keçib kimsə bunu icra başçısı edib.

Təzə gələndə dedi ki, hər bir bərdəlinin xidmətçisi olacam. Telefonumu götürün, zəng edin. Amma gəldiyi gündən bərdəliləri qəbul eləmir.

Vidadi İsayev Bərdə bazar ətrafında, kəndlərdə torpaqları satıb. Əgər bələdiyyə sədrlərini yoxlasalar gərək hamısı həbs edilsin. Ancaq onların günahı yoxdur.

Vidadi İsayev hamısını qorxudaraq özü torpaqları satıb. Vidadi çoxillik çinarlardan 50-dən çoxunu gecə kəsdirib, gecə Bərdədən çıxartdırıb. Şəhərdə çinar yoğunluğunda, çinar hündürlükdə bir cökə ağacı vardı, onu da gecə kəsdirmiş və gecə də aparıb.

Stomatoloji kabinetlərin başına oyun açdı. Hamını bağlatdı, sonra hərəsindən azı 5 min alıb açdırdı. Vidadi İsayev sahibkarları, ziyalıları zəlil edib.

Həkimləri, müəllimləri, kitabxanaçıları küçə süpürgəçisi edib. Vidadiyə mənim qədər məktub yazan olmayıb.

O necə tarix elmləri namizədidir ki, Bərdənin tarixinə qənim kəsilib? Mən burdan prezidentə səslənirəm ki, aldanmayın Vidadi İsayevə. Gəlin görün Bərdəni necə idarə edir.

Vidadi İsayev və onunla birgə bəzi məmurlar məsuliyyətə cəlb olunmalıdır. Özü də onları gecəylə aparmalıdırlar. Çünki Bərdənin var-dövlətini gecə ikən daşıdıb. Bura imam torpağıdır. Onu başa düşmür. Deyəndə, beş artığını edir”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru