Bu məktəbdə direktor şagird bolluğuna düşüb... - Hər sinifdə minimum 35 şagirdlə nəyə nail olmaq olar?
14-10-2015, 16:31
Redaksiyamıza şikayət edən valideynlərin gileyi Nərimanov rayonu ərazisində yerləşən 212 saylı orta məktəbdəndir. Narazı valideynlər DİA.AZ-a bildirirlər ki, onların övladlarının təhsil aldığı bu orta məktəbdə hər sinifdə ən azından 35 şagirdin olması səbəbindən tədrisin keyfiyyəti də olduqca aşağıdır.
Narazı valideynlər dia.az-a bildirir:
"Biz dəfələrlə 212 saylı orta məktəbin direktoruna şikayət etmişik. Amma eşidən olmayıb. Hər sinifdə ən azından 35 şagird var ki, bu da əslində normativlə qadağan olunur.
Məktəbin direktoru hansısa sirli səbəbdən birnövbəli tədrisə maraq göstərir. Başqa orta məktəblərdə iki növbə ilə dərs keçilsə də, 212-də yalnız 1 növbə olduğundan siniuflərdə şagird sıxlığı yaranıb. İndi özünüz təsəvvür edin, müəllim bu şagird sıxlığına hansı keyfiyyətdə tədris verə bilər ki?"
Onu da qeyd edək ki, artıq DİA.AZ olaraq təhsil nazirliyinə qeyd olunan mənzərə ilə bağlı sorğu ünvanlamışıq və yaxın vaxtlarda rəsmi mövqeni də diqqətinizə təqdim edəcəyik.