“Əlillərin hüquqi təminatları: yerli və beynəlxalq qanunvericilikdə” adlı seminar keçirildi
3-12-2018, 12:14

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi və “Milli Hüquq Evi”nin birgə əməkdaşlığı çərçivəsində “Əlillərin hüquqi təminatları: yerli və beynəlxalq qanunvericilikdə”. adlı seminar keçirildi. Seminar əlil cəmiyyətlərinin nümayəndələri üçün nəzərdə tutulmuşdu.
DİA.AZ xəbər verir ki, seminar “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyinin üzvü, hüquqşünas Vüqar Məmmədov tərəfindən təqdim olundu. Tədbiri giriş sözü ilə açıq elan edən “Milli Hüquq Evi”nin rəhbəri Nicat Gözəlov əlillərin öz hüquqlarını bilməsinin vacibliyini ifadə edərək, bu kimi tədbirlərin genişləndirilməsini bildirdi və təlimçini dinləyicilərə təqdim etdi.
Daha sonra təlimçi əlillərin hüquq və vəzifələri, ictimaiyyətdə rolu, dövlət tərəfindən göstərilən dəstəklərin forması barədə ətraflı məlumat verdi. Seminarda əlillər üçün yerli və beynəlxalq qanunvericilik təhlil edilmiş, yaranan suallar barədə müzakirələr aparılmışdır. Əlillərə dövlətin dəstəyi, onların imtiyazları, edilən güzəştlər və s barədə qanunda nəzərdə tutlmuş qaydada izahlar verildi. Tədbirdə hüquqşünaslar, əməkdaş təşkilatların üzvləri, “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosiasl Yardım” İB-nin rəhbəri və nümayəndələri, “Gözdən Əlillər Cəmiyyəti” nümayəndələri və üzvləri iştrak edirdi.