4 rayonun icra başçısı 1 gündə yola salınacaq... - SİYAHI

12-12-2018, 17:21           
4 rayonun icra başçısı 1 gündə yola salınacaq... - SİYAHI
Yaxın günlərdə rayon icra hakimiyyəti rəhbərlərinin yeni ələmə prosesinə start veriləcək. Bu barədə DİA.AZ-a məlumatlı mənbə xəbər verib.

Qaynağın iddialarına görə, proses zamanı ilk olaraq 4 rayonun başçısının 1 gündə dəyişdirilməsini belə görə bilərik. Dia.az-a söylənilənlər: "Hələlik belə bir söhbətlər dolaşır. Kimlər gedəcək ilk olaraq - bu bəlli deyil. Amma ciddi islahat aparılacaq və bu zaman yeni kadrlara da üstünlük veriləcək. Yəni proses təkcə yerdəyişmə ilə yox, həm də yeniləşmə ilə müşaiyət olunacaq".

Onu da qeyd edək ki, məlumatı verən mənbə redaksiyamıza təxmini olaraq ilk "vurulacaq" rayon rəhbərlərinin adlarını da təqdim edib. Onlar aşağıdakılardır:

1. Ağsu RİH başçısı Ənvər Seyidəliyev;

2. Qazax RİH başçısı Rəcəb Babaşov;

3. Şabran RİH başçısı Novruz Novruzov;

4. Kürdəmir RİH başçısı Ceyhun Cəfərov.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru