Körpələrdə piylənmə onların şəkər xəstəsi ola biləcəyindən xəbər verir

13-12-2018, 07:26           
Körpələrdə piylənmə onların şəkər xəstəsi ola biləcəyindən xəbər verir
"Yağlı, şəkərli və yüksək kalorili qidalar uaşqlarda artıq piyin yaranmasına səbəb olur. Bu da həmin körpələrdə şəkərə meyillilik yaradır"
Türkiyəli mütəxəssis, uşaq endokrinoloqu Nəsibə Andıran piylənmədən əziyyət çəkən xəstələrdə şəkərə meyilliliyin daha yüksək olmasından danışıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, mütəxəssis fiziki akvtivliyin zəif olması, bəzən düzgün qidalanmama və gentik faktorların da uşaqlarda piylənməyə səbəb olduğunu bildirib.

"Bu səbəbdən uşaqların düzgün və sağlam qidalanmasına diqqət etmək lazımdır. Yağlı, şəkərli və yüksək kalorili qidalar uaşqlarda artıq piyin yaranmasına səbəb olur. Bu da həmin körpələrdə şəkərə meyillilik yaradır. Öncəki illərlə müqayisədə son illərdə piylənmədən əziyyət çəkən uşaqlar daha çox şəkərə meyilli olurlar. Bu səbəbdən yaxşı olar ki, boyun uzanması, hərəkətliliyin artırılması üçün valideynlər tərəfindən qabaqlayıcı tədbirlər görülsün".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru