Ziyafət Əsgərovun qardaşından sərt açıqlama: “İşləniləsi deyil, nifrət olunmalı sistemdir”

14-12-2018, 15:00           
Ziyafət Əsgərovun qardaşından sərt açıqlama: “İşləniləsi deyil, nifrət olunmalı sistemdir”
Xəbər verdiyimiz kimi, Xətai rayon Tibbi Sosial Ekspertiza Komissiyasının sədri Əli Əsgərov istefa verib. Teref.az xəbər verir ki, Əli Əsgərov vəzifəsindən getməsinin səbəbini Unikal.org-a açıqlayıb.

Sabiq sədr bildirib ki, pensiya yaşına çatmağına hələ üç il qalmasına baxmayaraq öz istəyi ilə işdən çıxıb: "Mən uzun illər müalicə həkimi işləmişəm. Təsadüfən Xətai rayon Tibbi Sosial Ekspertiza Komissiyasının sədri vəzifəsinə təyinat almışdım. Hesab edirəm ki, komissiyanın işi işləniləsi deyil, nifrət olunmalı bir sistemdir. Qismət eləydi. İş elə gətirdi ki, gəlib burada da çalışdım”.

Ə.Əsgərov bundan sonra fəaliyyətini həkim kimi davam etdirəcəyini də istisna etməyib: "Hələlik heç yerdə çalışmıram. Qismətimi gözləyirəm. İnşallah hər şey yaxşı olacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru