Sosisqa yeyib, ağzını pulla silən azərbaycanlı- MƏNƏ SOLFET İLƏ AĞIZ SİLMƏK YARAŞMAZ (VİDEO)

15-12-2018, 20:22           
Sosisqa yeyib, ağzını pulla silən azərbaycanlı- MƏNƏ SOLFET İLƏ AĞIZ SİLMƏK YARAŞMAZ (VİDEO)
Rusiyada yaşan azərbaycanlı Anar Zeynalov paylaşdığı video ola tənqid atəşinə tutulub.

Teref.az Minval.info-ya istinadən xəbər verir ki, Rusiya vətəndaşı olan A.Zeynalov paylaşdığı videoda yaşadığı vəziyyəti göstərməyə çalışıb. Belə ki, Zeynalov yemək yeyən zaman özünü videoya çəkib və masanın üzərində olan rus pulları ilə ağzını silib:

“Bu gün cümədir. Hər şey əladır. Ağzımı 5000 rublla silirəm. Mənə solfet ilə ağız silmək yaraşmaz axı”.

Bu video sosial şəbəkələrdə tənqid edilib. Azərbaycanlı istifadəçilər adıçəkilən şəxsi “Sənin kimilərə görə orada bizə hörmət qoyulmur” və sair sərt ifadələrlə tənqid və gülüş hədəfinə çevirib.

Qeyd edək ki, Anar Zeynalov daha əvvəl də Ramzan Kadırov və Putinə etdiyi videolu müraciətlərlə gündəmə gəlib. Onun bu davranışları həmin günlərdə də birmənalı qarşılanmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru