“Öz əmtəə nişanlarını qorumadığı üçün “Lukoyl”u günahlandırıram...” -Ekspert
3-05-2019, 09:13

Azərbaycanda tanınmış geyim firmalarının adını saxtalaşdıraraq ona oxşar adla geyimlər satışa çıxarılır. Bir çox hallarda isə vətəndaşlar bunun fərqinə varmırlar. Əməkdaşımızın araşdırmasından sonra məlum olub ki, tanınmış idman geyimləri firması olan “adidas”ın adına oxşar olan “abibas” geyim firması fəaliyyət göstərir. Bir hərf fərqiylə fərqlənən bu ad alıcıların gözündən yayına bilir. Geyimlərin üstündə isə Çin istehsalı olduğu göstərilib.
Məsələylə bağlı Moderator.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, Azərbaycanda bu cür hallar çoxdur və tanınmış geyim firmalarının adını saxtalaşdıraraq pul qazanan kəmfürsətlər var:

“Bu cür vasitələrə əl atırlar. Məsələn, sizə ilk öncə onu deyim ki, “Lukoyl” kimi məşhur benzin şirkətinin oxşarı olan səkkiz adda şirkət fəaliyyət göstərir. Onları ifşa etmək istəyirəm. “Lunkoyul”, “Liksoyul” və s. adları var. “Lukoyl” şirkətinin özü bununla bağlı heç bir mübarizə aparmır və mən də onları günahlandırıram ki, niyə öz mal nişanlarını qorumurlar. Azərbaycanda geyimlərlə bağlı da saxtakarlıqlar var. Yadınızdadırsa, Daxili İşlər Nazirliyi “Lady Sharm” mağazasını ifşa etdi. Siz həmin “abibas” adlı idman formasını bizim quruma təqdim edin, antireklamını aparaq və geri qaytaraq”.
0