“Ağacları qorumağa da prezident müdaxilə etməlidir?”

6-05-2019, 21:31           
“Ağacları qorumağa da prezident müdaxilə etməlidir?”
“Xəbər lentinə baxıram sanki küçə döyüşlərinə hazırlıq gedir. Anlamıram nə baş verir”.
“Yeni Sabah” xəbər verir ki, bunu siyasi ekspert Osman Gündüz deyib. O, bildirib ki, bir dəstə insan Xətaidə gecə ağacların kəsilməsinin qarşısını almaq üçün az qalıb barrikada qursunlar. Bir dəstə adam 28 May tərəfdə qədim binanın sökülməsinin qarşısını almağa çalışır.

Bir neçə gün öncə də, yalnız Birinci Vitse –prezident İçərişəhər Qala Divarlarına baş çəkəndən sonra qanunsuzluq edənlər oradan çəkilib gediblər.

“Nə baş verir? Vətəndaşlar nə üçün gecə keşik çəkməlidrilər? Bunun adı ictimai nəzarət deyil. Bu, fərqli bir şeydir.

Hardadır səlahiyyətli qurumlar? Nə üçün öz səlahiyyətlərini yerinə yetirmirlər? Ağacları qorumağa da Prezident və ya Birinci vitse-prezidnetmi müdaxilə etməlidir?

Bir dövlət qurumu digər səlahiyyətli qurumun qərarını icra etmir? Bu dərəcədə dövlət intizamsızlığı, bu dərəcə məsuliyyətsizlik və sayğısızlıq, harınlıq necə ola bilər?

Hər yerdə kameraların olduğu bir zamanda, texnologiyanın bu qədər inşkişaf etdiyi bir zamanda, bu qədər səlahiyyətli qurumalrın olduğu bir zamanda bu qədərmi çətindir qanun pozuntularını aşkar etmək?

Biz hökumətdən ciddi səylər gözləyirik. Prezident Administrasiyası baş verən qanunsuzluqların qarşısını almaq, səlahiyyətli dövlət qurumlarının qərarlarının icrasını təmin etmək üçün, dövlət nəzarətini gücləndirmək üçün təsirli tədbirlər görməlidir”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.