Kəlbəcərin icra başçısı 220 minlik ”Mercedes” almaq istəyir – FOTO

1-07-2019, 07:12           
Kəlbəcərin icra başçısı 220 minlik ”Mercedes” almaq istəyir – FOTO
Kəlbəcər rayon İcra Hakimiyyəti “Mercedes-Benz” “S350” model minik avtomobili almağa hazırlaşır. AzEuroNews.com xəbər verir ki, bu barədə sabiq deputat Nazim Bəydəmirli “Facebook“sosial şəbəkəsində məlumat yayıb. Sabiq deputatın sözlərinə görə, Kəlbəcər rayon İcra Hakimiyyəti bu barədə rəsmi qəzetlərdə tender elanı da verib. Xəbər sosial şəbəkələrdə ciddi tənqid olunaraq birmənalı qarşılanmayıb.


Məlumat üçün bildirək ki, “Mercedes-Benz” “S350” modelinin satış qiyməti 220 min manatdan başlayır.

Kəlbəcərin icra başçısı 2013-cü ildən Aqil Məmmədovdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru