"Bakirəliyi “bərpa edən” cərrahlar cinayət etmir və cəzalandırılmır" - RƏSMİ

16-11-2015, 13:16           
"Bakirəliyi “bərpa edən” cərrahlar cinayət etmir və cəzalandırılmır" - RƏSMİ
Bir müddət öncə Azərbaycanda toy adətlərindən bəhs edərkən illərin stereotipləşmiş bakirəlik məsələsi ilə bağlı araşdırmanı təqdim etmişdik.

Məlum olmuşdu ki, Azərbaycanda bəzən qızlar evlənməzdən əvvəl itirdikləri bakirəliklərini toydan öncə cərrahi müdaxilələrlə bərpa etdirirlər.

Modern.az saytı “Təmiz Dünya” Qadınları Müdafiə Cəmiyyətinin rəhbəri Mehriban Zeynalovanın “Nikahdan əvvəl tibbi müdaxiləyə müraciət edən qızlarımızın sayı artıb” iddiasını dini və qanuni aspektdən də araşdırıb.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Qəmər Cavadlı saytımıza deyib ki, müzakirə edilən problem əslində yeni deyil:

“Tibbin bəlli texnologiyalarının inkişafı və cəmiyyət əxlaqının bəlli deqradasiyasiyası sayəsində 30-40 ilə yaxındır ki, zaman-zaman belə söhbətlərin şahidi oluruq. Bu qəbildən hadisələrin əslində İslam dini baxımından deyil, sosiologiya, pedaqogika və psixoligiya baxımından öyrənilməsi daha məqsədəuyğun olardı.
Lakin dinimizin əxlaqi kontekstlərində müəyyən məqamlar var ki, onları əlbəttə nəzərdən qaçırmaq olmaz”.

Q.Cavadlı hesab edir ki, faktın özü-İslam dinində böyük günahlardan sayılan zina hadisəsi və ardınca gələn, çirkin (məkruh) əməlllərdən sayılan yalan və xəyanətdir:

“Zina barədə hökm: “Zinaya yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur” (İsra, 32) ayəsindədir. Bu faktı yaradan səbəb və nəticələr ağırlaşdırıcı və ya yüngülləşdirici ola bilər, lakin həmin qadının, eləcə də onu bu günaha sürükləyən nadürüst insanların üzərindən ilahi əzabı da, sosial qınağı da azaltmaz.

Çarə tövbə etməkdədir ki, Qurani-Kərimdə zinaya dair ayədə çox mükəmməl şəkildə şərhi verilib: “İçərinizdən belə qəbih işlər görənlərin hər ikisinə əziyyət verin. Əgər tövbə edib özlərini düzəltsələr, onları incitməkdən vaz keçin! Əlbəttə, Allah tövbələri qəbul edəndir, (bəndələrini) bağışlayandır!” (Nisa, 17)”.

QMİ rəsmisi deyir ki, müsəlman əxlaqına malik cəmiyyətlərdə belə faktlar heç vaxt müsbət qarşılanmayacaq: “Lakin məhrəmiyyəti qorumaq ailənin seçimi, əfv etmək isə Allahın lütfü olaraq qalacaqdır”.

Bu məsələnin dini tərəfidir.

Bəs, nikahdan əvvəl tibbi müdaxilə etdirmək istəyən şəxs və “əməliyyat”ı icra edən həkimi nə gözləyir? Onlar bu əməlləri ilə cinayət məsuliyyəti daşıyırlarmı?

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən Modern.az saytına bildirilib ki, bu, cinayət deyil və cərrah bakirəliyini itirən qızı “bakirə” edirsə, buna görə, onu heç bir cəza gözləmir.

Bakirəliyin cərrahi yolla bərpası tibbdə himenoplastika adlanır. Son illər belə əməliyyatların Azərbaycanda da artdığı barədə müxtəlif məlumatlar yayılır. Bununla bağlı hətta statistik rəqəmlər söyləməyə cürət edənlər də var. Elə bəzi cərrah-ginekoloqların özləri də himenoplastika etdirən qızların çoxaldığını təsdiqləyirlər. Qeyd edirlər ki, himenoplastika əməliyyatı üçün onların qəbuluna gələnlərin sayında artım müşahidə edilir...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.